“Şəhərdəki əhali regionlara qaytarılmalıdır” – Deputat  

“Şəhərdəki əhali regionlara qaytarılmalıdır” – Deputat  

Hazırda oxunan: “Şəhərdəki əhali regionlara qaytarılmalıdır” – Deputat  
163653
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Bakıdakı demoqrafik yüklənməyə görə, Şəhərsalma və Arkitektura Komitəsi yeni layihə üzərində çalışır.

Belə ki, komitədən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda çoxmərkəzlilik yaradılacaq və bu da Bakıdakı yüklənməni azaldacaq.

Maraqlıdır, sözügedən sənəd təsdiq olunduqdan sonra, şəhərdə sıxlıq azalacaqmı?

Millət vəkili Fazil Mustafa Bizim.Media-ya bildirib ki, şəhər əhalisi stimullaşdırılaraq regionlara geri qaytarılmalıdır:

“Əlbəttə ki, bu istiqamətdə layihələrin hazırlanmasından xəbərdarıq. Son zamanlarda Şəhərsalma və Arxitektura Komitəsi bu barədə xeyli işlər görür, qanunsuz tikililərin qarşısı alınır. Lakin təbii ki, bu məsələ daha geniş aspektdə müzakirə olunmalıdır. Gecəqondulaşma və insanların stimullaşdırılaraq şəhərdən regionlara geri qaytarılması üçün işlər görülməlidir.

Əgər bu baş verməsə, problemlər hələ də qalmağa davam edəcək. Bakıdakı yükün azaldılması məsələsi məhdudlaşdırıcı addımlarla yekunlaşmır, böyük bir dövlət proqramı gerçəkləşdirilməlidir.
Hesab edirəm ki, bu layihələri gördükdən sonra, digər mərkəzlərin hansı şəhərlərdə olması ilə bağlı fikir bildirmək olar. Mən daha çox paytaxtın köçürülməsi məsələsini önəmli sayıram. Eyni zamanda Bakıdakı yükün azaldılması üçün Sumqayıt faktorundan da istifadə etmək olar”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO