Tarixin ən isti oktyabrı BİTDİ – Bəs, payız nə vaxt GƏLƏCƏK? 

Tarixin ən isti oktyabrı BİTDİ – Bəs, payız nə vaxt GƏLƏCƏK? 

Hazırda oxunan: Tarixin ən isti oktyabrı BİTDİ – Bəs, payız nə vaxt GƏLƏCƏK? 

162553

Azərbaycan ərazisində noyabra uyğun olmayan isti hava şəraiti müşahidə olunur. Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, 2023-cü ilin oktyabrını əminliklə ən isti oktyabr adlandırmaq olar:

“Oktyabrın 27-də temperatur maksimum 31,4 dərəcə, yəni normadan 7 dərəcə yüksək qeydə alınıb. Qeyd edək ki, bu ilin oktyabr ayı temperatur baxımından instrumental müşahidələr tarixində ən isti keçən, 2012-ci ilin oktyabr ayına yaxın olub. Həmin il paytaxtda havanın orta aylıq temperaturu 19,2 dərəcəyə çatıb.

Lakin 2012-ci ildə rekord temperatur oktyabr ayının əvvəlində 32,7 dərəcə, son günlərində isə 21 dərəcə qeydə alınıb. 2023-cü ildə isə bunun əksi olaraq ayın sonunda artıq 2012-ci illə müqayisədə temperatur demək olar ki, 10 dərəcə yüksəkdir. Buna görə də, 2023-cü ilin oktyabrını əminliklə ən isti adlandırmaq olar”.

Bəs anomal isti hava şəraitinin səbəbi nədir və payız soyuğunu Azərbaycanda nə zaman hiss edə biləcəyik?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan ekoloq Ənvər Əliyev güman edir ki, yaxın 3-4 gün ərzində hava şəraiti dəyişə bilər:

“Azərbaycan ərazisinə dörd istiqamətdən 8 növ müxtəlif hava kütləsi daxil olur. Bu hava kütlələri ölkəmizə daxil olanda 60-70% dəqiqliklə proqnoz vermək mümkün olur. Bu anomal hava şəraiti uzun müddət davam edə bilməz.

Qərbdən gələn hava axınları isti kütləni ölkəmizə gətirir. Biz buna Gilavar deyirik. Artıq Atlantik okeandan Qafqaz istiqamətində sürətli hava kütləsi gəlir. Lakin əvvəlcədən dəqiq proqnoz vermək mümkün olmur. Yəqin ki, 3-4 gün ərzində isti hava şəraiti dəyişəcək. Həm fəslin, həm də hava kütlələrinin oynaqlığı dəqiq məlumat verməyə imkan vermir”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO