Zaqatalada tarixi abidənin adında yanlışlığa YOL VERİLİB? – Alimdən İRAD – FOTO 

Zaqatalada tarixi abidənin adında yanlışlığa YOL VERİLİB? – Alimdən İRAD – FOTO 

Hazırda oxunan: Zaqatalada tarixi abidənin adında yanlışlığa YOL VERİLİB? – Alimdən İRAD – FOTO 
161084
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Balakən rayonu, Katex kəndi ərazisində yol boyunca “Qafqaz Səddi”nin qalıqları uzanır. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Kənd qayğılarını biznesə çevirən Zaqatala XANIMLARI – REPORTAJ/FOTO


Alimi narahat edən məsələ nədən ibarətdir? 

Sualımıza cavab olaraq Akif müəllim bildirib ki, Yevlax-Zaqatala-Gücüstan magistralının bir neçə metrliyində yerləşən “Qafqaz Səddi ” V-VI (5-6-cı) əsrdə Sasani hökmdarı Qubad və oğlu Xosrov Ənuşirəvan tərəfindən tikdirilib. Səddin uzunluğu 120 km-dən çox olub. 

“Qafqaz Səddi ” zaman-zaman dağıntılara məruz qalıb və ən son qalıqları Katex kəndinin ərazisinə düşüb. Alim təəssüf hissilə bildirib ki, abidənin önünə vurulan yeni lövhədə yazılıb: -Zaqatala qalasının qalıqları. Bu ciddi tarixi yanlışlığa görə Akif Məmmədli müvafiq orqan və təşkilatlara üzünü tutaraq soruşur: 

“Bu məntiqsizliyə yol verən kimdir?”

Həmsöhbətimiz bildirib ki, bununla bağlı dəfələrlə elmi məqalələrdə, televiziya verilişlərində bəhs olunub:

“Bilməmək ayıb deyil, ancaq belə məntiqsiz və yanlış lövhə yazmaq çox ayıbdır!  Özü də işlək Beynəlxalq avtomobil yolunun kənarında”, - deyən alim, məsələ ilə bağlı növbəti dəfə nazirlik və qurumlar qarşısında məsələ qaldırmaq üçün addım atmaq məcburiyyətində qalıb. 

Qeyd edək ki, Zaqatala qalası XIX (19-cu) əsrdə, “Qafqaz Səddi ” isə V-VI (5-6-cı) əsrlərdə inşa olunub. Tarixi fərq çox böyük, yanlışlıq isə ciddidir.  

Yazıda adı çəkilən qurumların da mövqeyini işıqlandırmağa hazırıq.

Zaqatalada tarixi abidənin adında yanlışlığa YOL VERİLİB? – Alimdən İRAD – FOTO  - foto 1
Zaqatalada tarixi abidənin adında yanlışlığa YOL VERİLİB? – Alimdən İRAD – FOTO  - foto 2
Zaqatalada tarixi abidənin adında yanlışlığa YOL VERİLİB? – Alimdən İRAD – FOTO  - foto 3
Zaqatalada tarixi abidənin adında yanlışlığa YOL VERİLİB? – Alimdən İRAD – FOTO  - foto 4
Zaqatalada tarixi abidənin adında yanlışlığa YOL VERİLİB? – Alimdən İRAD – FOTO  - foto 5

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO