88 yaşlı kişi gəlinini bu SƏBƏBDƏN ÖLDÜRÜB - DETALLAR 

88 yaşlı kişi gəlinini bu SƏBƏBDƏN ÖLDÜRÜB - DETALLAR 

Hazırda oxunan: 88 yaşlı kişi gəlinini bu SƏBƏBDƏN ÖLDÜRÜB - DETALLAR 
160726
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünən səhər saatlarında 88 yaşlı Yaşar Dadaşovun yaşadığı Mərdəkan qəsəbəsində gəlini Gülnarə Dadaşovanı qətlə yetirməsi ilə bağlı bəzi detallar üzə çıxıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Y.Dadaşov ilkin ifadəsində oğlunun 57 yaşlı həyat yoldaşını ailə münaqişəsi zəminində qətlə yetirdiyini deyib. 

O, gəlininin ona yaxşı baxmadığını, evdə yaşamasını istəmədiyini deyib. Həmçinin oğlunun ailəsinin onu öldürmək niyyətindən şübhələndiyini düşünüb.

Bundan sonra 88 yaşlı kişi gəlinini qətlə yetirmək niyyətinə düşüb və oktyabrın 19-da səhər saatlarında qadını tüfənglə güllələyərək qətlə yetirib. 

Bundan sonra Yaşar Dadaşov sirkə turşusu içərək intihara cəhd edib. Lakin tibbi yardım göstərildikdən sonra 88 yaşlı kişinin həyatını xilas etmək mümkün olub. 
Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO