Şimşək çaxıb, Şahdağa sulu qar YAĞIB 

Şimşək çaxıb, Şahdağa sulu qar YAĞIB 

Hazırda oxunan: Şimşək çaxıb, Şahdağa sulu qar YAĞIB 

160365

Faktiki hava açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, oktyabrın 18-i saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda sulu qar yağıb.

17-si gün ərzində bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib. 

Düşən yağıntının miqdarı Şəki, Qax, Astarada 8 mm, Yardımlıda 6 mm, Lerik, Oğuz, Şahdağ, Ordubad, Gədəbəy, Sədərək, Mingəçevir, Qəbələ, Lənkəran, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Qobustan, Biləsuvar, Sabirabad, Cəfərxan, İsmayıllı, Yevlax, Balakən, Zaqatala, Göyçay, Tərtərdə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. 

Quba (Qrız), Qax, Göygöl, Daşkəsən, Şahdağ, Lerikdə duman müşahidə olunub. 

Oktyabrın 17-də müşahidə olunan güclü şimal-qərb küləyi 18-i səhər saatlarından 8-13 m/s-dək zəifləyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO