Şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA 

Şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA 

Hazırda oxunan: Şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA 
159321
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Faktiki hava açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, oktyabrın 11-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Şahdağda sulu qar yağıb. 

Düşən yağıntının miqdarı Lənkəranda 18 mm, Astarada 12 mm, Lerikdə 11 mm, Naxçıvanda 10 mm, Yardımlıda 9 mm, Ordubadda 8 mm, İsmayıllı, Biləsuvar, Gədəbəydə 7 mm, Qax, Qəbələ, Balakən, Şahdağ, Oğuz, Şərur, Neftçala, Daşkəsən, Gəncə, Şəmkir, Şəki, Zaqatala, Şahbuz, Tovuz, Ağstafa, Tərtər, Şirvan, Qobustan, Naftalan, Culfa, Göyçay, Beyləqan, Kürdəmir, Quba, Şamaxı, Altıağac, Ceyrançöl, Göygöl, Qrız, Xaltan, Bərdə, Ağsu, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Qusar, Sədərəkdə 6 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. 

Şimal-qərb küləyi arabir Şahdağda 20 m/s, Naftalanda 18 m/s-dək güclənib. 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabr ayının 12-si gündüzədək davam edəcək. 13-14-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO