Gənclər və İdman Nazirliyinin iki sektor müdiri vəzifəsindən azad edilib.
Moderator.az-ın “Report”x9d-a istinadən verdiyi məlumatına görə, bu barədə nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov bu gün keçirilən mətbuat konfransında açıqlama verib.
F.Mansurov bildirib ki, hazırda nazirliyin İdman şöbəsi 6 sektordan ibarətdir. Bu yaxınlarda Mütalib Həsənov idman məktəbləri, İradə Rüstəmzadə dopinqə qarşı mübarizə sektorunun müdiri vəzifəsindən ayrılıblar:xa0
“Yaxın gələcəkdə digər sektorların müdirləri də özlərini doğrultmasalar, yollarımızı ayıracağıq”x9d.



































































































