
- A-
- A
- A+
Cəmiyyət
22:04 / 23.09.2026
1 dəq oxunma
Lənkəranda yolu keçən gənci avtomobil vurdu – Ağır yaralandı
Hazırda oxunan: Lənkəranda yolu keçən gənci avtomobil vurdu – Ağır yaralandı
638382
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Lənkəranda yol-nəqliyyat hadisəsi zamanı piyada ağır xəsarət alıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib.
Hərəkətdə olan “Ford Transit” markalı yük avtomobili yolu keçən Viravul kənd sakini, 2000-ci il təvəllüdlü Elmin İlham oğlu Mənsimovu vurub. Nəticədə piyada müxtəlif dərəcəli ağır xəsarətlər alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb və ilkin tibbi yardım göstərilib.
Hazırda yaralının özəl tibb müəssisələrindən birinə köçürülməsi nəzərdə tutulur. Bildirilir ki, E.Mənsimov yanacaqdoldurma məntəqələrindən birində çalışır.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































