Ronaldo karyerasını bitirməklə bağlı sualı cavabladı

Ronaldo karyerasını bitirməklə bağlı sualı cavabladı

Hazırda oxunan: Ronaldo karyerasını bitirməklə bağlı sualı cavabladı

638381

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo cari mövsümün futbolçusu kimi onun üçün sonuncu ola biləcəyini istisna etməyib.

Bizim.Media xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.
 

"Bilmirəm, bu sualın cavabını mən də bilmək istərdim, amma bilmirəm. Tamamilə mümkündür ki, bu, mənim sonuncu ilimdir. Sonuncu oyunum olanda bunu özüm elan edəcəyəm", – deyə Ronaldo bildirib.


Portuqaliya millisi dünya çempionatının 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə uduzub. Aktivində 5 Çempionlar Liqası, 2 Millətlər Liqası, Avropa çempionu titulu və 5 "Qızıl top" mükafatı olan Ronaldo bu turnirin onun üçün sonuncu dünya çempionatı olacağını oyundan əvvəl bəyan etmişdi.

Nəticədə ulduz hücumçu dünya çempionu ola bilməyib.

Buna baxmayaraq, Ronaldo milli komandada vurduğu qolların və keçirdiyi oyunların sayına görə dünya rekordçusu olaraq qalır. Onun hesabında 233 rəsmi oyunda 146 qol var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO