Fermerin ucuz qiymətə satdığı məhsul bəzi hallarda alıcılar üçün bir neçə dəfə baha başa gəlir. Məsələn, fermerdən 50 qəpiyə alınan məhsul marketdə 2 manata təklif edilə bilir. Bu qiymət fərqi həm məhsulunu satan fermerin, həm də alış-veriş edən vətəndaşın narazılığına səbəb olur.
Bizim.Media xəbər verir ki, iqtisadçı Natiq Cəfərli “modern.az”a açıqlamasında fermerlərin məhsullarının birbaşa bazara çıxarmaq imkanlarının məhdud olduğunu bildirib.
"İndiki vəziyyət qanunsuz deyil. Amma qiymətləri artıran amillərdən biridir. Fermerlərin bazara birbaşa çıxışı problemlidir. Bu barədə illərdir ki, danışılır, müəyyən müzakirələr aparılır. Market şəbəkələrinin fermerlərdən birbaşa məhsul alması qiymət artımını azaltmağa kömək edə bilər”, - iqtisadçı deyib.
N.Cəfərlinin fikrincə, market şəbəkələrini fermerlərlə birbaşa müqavilə bağlamağa həvəsləndirmək lazımdır:
“Azərbaycanda çoxlu market şəbəkəsi mövcuddur. Onlara ciddi güzəştlər təklif etmək lazımdır ki, fermerlərlə birbaşa işləməkdə maraqlı olsunlar. Təəssüf ki, indi belə bir maraq yoxdur. Market üçün məhsulu kimin satmasının fərqi olmur. Məhsulu alıb üzərinə 15–20 faiz əlavə edərək satırlar”.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
06:18 / 24.09.2026
Marketlər fermerdən 50 qəpiyə aldığını 2 manata satır - SƏBƏBLƏR
Hazırda oxunan: Marketlər fermerdən 50 qəpiyə aldığını 2 manata satır - SƏBƏBLƏR
Hazırda oxunan: Marketlər fermerdən 50 qəpiyə aldığını 2 manata satır - SƏBƏBLƏR
638372
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.










































































































