Suriya Prezidenti İsraillə sülhün ŞƏRTİNİ açıqladı

Suriya Prezidenti İsraillə sülhün ŞƏRTİNİ açıqladı

Hazırda oxunan: Suriya Prezidenti İsraillə sülhün ŞƏRTİNİ açıqladı

638387

Suriya Prezidenti Əhməd Əl Şaraa bəyan edib ki, əgər Təl-Əviv mövqeyini dəyişərsə və Dəməşqin hüquqlarına hörmət edərsə, İsraillə sülhün bərqərar olması mümkündür.

Bizim.Media "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu barədə o, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib.

"Sülh və təhlükəsizlik şəraitində yaşamaq imkanı sülh içində yaşamaq istəyənlər üçün açıqdır – hər kəsin hüquqlarını qoruyan ədalətli sülh", - Əl Şaraa deyib.
 

Bununla yanaşı, Suriya lideri vurğulayıb ki, Dəməşq Qolan təpələri ilə bağlı iddialarından imtina etməyəcək.


Əl Şaraa bəyan edib ki, İsrail hərbçilərinin Suriya ərazisinə hücumları və müdaxiləsi ərəb dövlətinin tam suverenliyinin tanınması barədə ümumdünya tendensiyasına ziddir. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO