Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Hazırda oxunan: Sabah bu ərazilərdə işıq olmayacaq
638388
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 24-də paytaxtın Yasamal və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
 

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Ələsgər Ələkbərov, Əsəd Əhmədov, Murad Mirzəyev küçələri, Hüseyn Cavid prospekti, İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.


Xəzər RETSİ-nin ərazisində bir sıra 6 kV-luq ikidövrəli hava xətləri üzrə elektrik naqilləri yenilənəcək.

Yenidənqurma işləri zamanı saat 10:00-dan 15:00-dək Mərdəkan qəsəbəsində Almaz İldırım, Hacı Məmmədov, Məmməd Səid Ordubadi və Mirzə Ələkbər Sabir küçələrinin bəzi ərazilərində enerjinin verilişi müvəqqəti məhdudlaşacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO