Bu ərazilərdə işıq olmayacaq - SİYAHI

Bu ərazilərdə işıq olmayacaq - SİYAHI

Hazırda oxunan: Bu ərazilərdə işıq olmayacaq - SİYAHI

638408

Bu gün Bakının Yasamal və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.

Bizim.Media  “Azərişıq” ASC-nin yaydığı məlumata istinadən xəbər verir ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Ələsgər Ələkbərov, Əsəd Əhmədov, Murad Mirzəyev küçələri, Hüseyn Cavid prospekti, İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xəzər RETSİ-nin ərazisində bir sıra 6 kV-luq ikidövrəli hava xətləri üzrə elektrik naqilləri yenilənəcək. Yenidənqurma işləri zamanı saat 10:00-dan 15:00-dək Mərdəkan qəsəbəsində Almaz İldırım, Hacı Məmmədov, Məmməd Səid Ordubadi və Mirzə Ələkbər Sabir küçələrinin bəzi ərazilərində enerjinin verilişi müvəqqəti məhdudlaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO