Qəbələdə ağır qəza: 1 ölü var

Qəbələdə ağır qəza: 1 ölü var

Hazırda oxunan: Qəbələdə ağır qəza: 1 ölü var

157787

Qəbələ-Ağdaş yolunun Qəbələdən keçən hissəsində, rayonun Böyük Pirəlli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Lada” markalı minik avtomobili və “Qaz” markalı yük avtomobili toqquşub.

Qəza zamanı “Lada”da olan  bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı qalan vətəndaşın meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO