Şəhid İlkin Qarayev Samuxda dəfn edilib - YENİLƏNİB

Şəhid İlkin Qarayev Samuxda dəfn edilib - YENİLƏNİB

Hazırda oxunan: Şəhid İlkin Qarayev Samuxda dəfn edilib - YENİLƏNİB

157506

Sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda başlatdığı antiterror tədbirləri zamanı şəhid olan İlkin Yusif oğlu Qarayev Samuxda Seyidlər kənd qəbiristanlığında dəfn olunub.

Bizim.Media Report-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Qeyd edək ki, İlkin Yusif oğlu Qarayev Dövlət Sərhəd Xidmətinin əsgəri olub.

*** 11:03

Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı zamanı şəhid olan Qarayev İlkin Yusif oğlu ilə Samux rayonu Seyidlər kəndində vida mərasimi keçirilir.

Bizim.Media Report-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin yaxınları, hərbçilər, Samux rayonun idarə və təşkilat rəhbərləri, polis əməkdaşları və sakinlər iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra şəhid Seyidlər kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, İlkin Qarayev 9 ayın əsgəri olub. O, sentyabrın 19-da Azərbaycan Ordusunun başladığı antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO