FAKTİKİ HAVA: Bəzi yerlərdə yağış, Şahdağda qar yağıb

FAKTİKİ HAVA: Bəzi yerlərdə yağış, Şahdağda qar yağıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Bəzi yerlərdə yağış, Şahdağda qar yağıb
157188
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 27-sı saat 9-a olan məlumatına əsasən 26-da günün birinci yarısında ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə leysan xarakterli yağış, Şahdağda qar yağıb.

Xidmətdən Bizim.Media-ya bildirilib ki, sentyabrın 27-də gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Şahdağda 10 mm, Xaltanda 9 mm, Altıağacda 7 mm, Qobustan, Quba, Qusar, İsmayıllı, Ağsu, Gəncə, Şamaxı, Yardımlı, Astarada 2 mm-dək. Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Lerik, Qrız, Daşkəsən, Cəfərxan, Biləsuvar, Şahdağda duman müşahidə olunub.

Havanın temperaturu sentyabrın 26-da Bakıda iqlim normasından 1.4 dərəcə yuxarı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 26 dərəcəyədək, Naxçıvan MR-da 28 dərəcəyədək, Aran rayonlarında 30 dərəcəyədək, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO