Bakıda avtobusla minik avtomobili TOQQUŞDU – Ölənlər var 

Bakıda avtobusla minik avtomobili TOQQUŞDU – Ölənlər var 

Hazırda oxunan: Bakıda avtobusla minik avtomobili TOQQUŞDU – Ölənlər var 

156822

Bu gün səhər saat 06:30 radələrində Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Sünbül” Şadlıq sarayının qarşısında qeydə alınıb. 

Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillə Səfərov Orxan Adil oğlunun idarə etdiyi 187 nömrəli marşrut avtobusu toqquşub. 

Nəticədə “Opel Astra”nın sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb. Avtobus sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib. 
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO