ANAMA-nın avtobusu Laçında qəzaya DÜŞDÜ - Xəsarət alanlar var 

ANAMA-nın avtobusu Laçında qəzaya DÜŞDÜ - Xəsarət alanlar var 

Hazırda oxunan: ANAMA-nın avtobusu Laçında qəzaya DÜŞDÜ - Xəsarət alanlar var 

155474

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb. 

Bu barədə Bizim.Media-ya ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb.

Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər. 

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO