
- A-
- A
- A+
Cəmiyyət
10:10 / 14.09.2023
1 dəq oxunma
Alatavada 150 kvadrat metr mənzil yandı - 1 nəfər xəsarət aldı
Hazırda oxunan: Alatavada 150 kvadrat metr mənzil yandı - 1 nəfər xəsarət aldı
155104
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xəbər verildiyi kimi, dünən gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən evdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, yanğın nəticəsində ümumi sahəsi 800 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsi 50 m², 2-ci mərtəbəsi isə 100 m² sahədə yanıb. Evin böyük hissəsi, habelə bitişik evlər yanğından mühafizə olunub.
Hadisə nəticəsində 1 nəfər vətəndaş xəsarət alıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































