Gəncədə zəncirvari QƏZA - Xəsarət alan var

Gəncədə zəncirvari QƏZA - Xəsarət alan var

Hazırda oxunan: Gəncədə zəncirvari QƏZA - Xəsarət alan var

154711

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb. 
"VAZ-2107" markalı avtomobilin sürücüsü "Opel"i ötmək istəyərkən hərəkətdə olan motosikletə çırpılıb.

Sonuncu aşaraq yol kənarında dayanan "Hyundai" markalı maşına dəyib. Hadisə zamanı motosikletin sürücüsü 1984-cü il təvəllüdlü Anar Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO