Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI 

Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI 

Hazırda oxunan: Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI 
153784
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tələbələrin ölkə daxilində yerləşən orta ixtisas və ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasını, eləcə də təhsil formasını dəyişməsi prosesi başa çatıb. 

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 4 316 müraciət qeydə alınıb. 

Müraciətçilərdən 456 nəfəri orta ixtisas təhsili müəssisəsindən, 3 276 nəfəri ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat, 62 nəfəri magistratura səviyyəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.Xaricdə yerləşən ali təhsil müəssisələrindən transfer olunmaq istəyənlərin sayı 522 nəfər olub. 
Orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2 649 nəfərin müraciəti müsbət cavablandırılıb.

Köçürülməsinə icazə verilən 2 649 nəfərin 2 287-si bakalavriat səviyyəsi, 16 nəfəri magistratura səviyyəsi, 346 nəfəri isə orta ixtisas təhsil pilləsinin tələbəsi olub. 

Köçürülmə ilə bağlı müraciət etmiş tələbələr şəxsi kabinetlərinə daxil olaraq nəticələr barədə məlumat əldə edə bilərlər. 

Qeyd edək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. 

Xarici ali təhsil müəssisələrindən köçürülmə nəticələri yaxın günlərdə elan olunacaq. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO