FAKTİKİ HAVA: Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb

FAKTİKİ HAVA: Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb
153416
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 3-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.

Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, düşən yağışın miqdarı Qaxda 40 mm, Oğuzda 32 mm (aylıq normanın 43%-i), Qəbələdə 17 mm, Şəkidə 16 mm, Qubada 14 mm, Qusarda 13 mm, Xaltan, Qrız, Şahdağ, Zaqatala, Tərtər, Yevlax, Göyçay, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Tovuz, Balakən, Qobustanda 6 mm-dək, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində 1 mm-dək olub.

Qeyd olunub ki, şimal-şərq küləyi Gəncədə 24 m/s-dək güclənib.

Havanın maksimal temperaturu sentyabrın 02-də Bakıda iqlim normasından 2.7° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 29-31° isti, Naxçıvan MR-da 34-38° isti, Aran rayonlarında 32-37°, dağlıq rayonlarda 25°-dək isti olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO