Vilayət Eyvazov sıra baxışı keçirdi

Vilayət Eyvazov sıra baxışı keçirdi

Hazırda oxunan: Vilayət Eyvazov sıra baxışı keçirdi
15315
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 19-da respublikanın şəhər və rayon polis orqanlarında vakant olan Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

 

MÖVZU İLƏ BAĞLI:

Vilayət Eyvazov deputatın rəis oğluna TÖHMƏT VERDİ


Kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 160 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Qeyd edək ki, onlardan 57 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş gənclər olub.

Tədbirdə çıxış edən general-polkovnik Vilayət Eyvazov onları Novruz bayramı münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayaraq daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO