Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsindən AYRILDI – FOTO  

Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsindən AYRILDI – FOTO  

Hazırda oxunan: Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsindən AYRILDI – FOTO  

151831

Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru Əliyar Əliyev vəzifəsindən ayrılıb. 

Məlumatı Əliyar Əliyevin özü Bizim.Media-ya təsdiqləyib və iyul ayının 5-dən Mədəniyyət Nazirliyi ilə bağladığı müqaviləyə xitam verildiyini deyib. 

Amma keçmiş baş rejissor böyük ümidlərlə gəldiyi Qusar teatrından 1 il 3 aydan sonra niyə getdiyinin səbəbini açıqlamayıb. Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov da məsələ ilə bağlı hər hansı açıqlama vermək istəməyib.
Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Əliyar Əliyev Qusardakı baş rejissor postundan öz xahişi ilə ayrılıb. 

Qeyd edək ki, Əliyar Əliyev Qusar teatrına gələndən sonra Bizim.Media-ya müsahibəsində teatrda problemlər olduğunu açıqlamışdı. 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO