Laçında evlər günəş enerjisi ilə təmin edilir - FOTO/VİDEO 

Laçında evlər günəş enerjisi ilə təmin edilir - FOTO/VİDEO 

Hazırda oxunan: Laçında evlər günəş enerjisi ilə təmin edilir - FOTO/VİDEO 
149902
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Laçında həyata keçirilən layihələr, aparılan tikinti-quruculuq işləri bu şəhərin Azərbaycan iqtisadiyyatında mühüm yer tutacağından xəbər verir. 

Bizim.Media xəbər verir ki, Laçın təkcə gözəlliyi ilə deyil, həm də sakinlərin rahatlığı üçün yaradılan şəraitlə də diqqət çəkir.  

Belə ki, Laçın şəhəri amfiteatr formasında yerləşdiyi üçün şəhərin böyük bir qismi günəş şüaları ilə əhatə olunur. Bunu nəzərə alaraq Laçın şəhərində evlərin dam örtüklərində günəş panelləri quraşdırılıb. 

“Bakı Abadlıq Xidməti” MMC-nin memarı Elnur Abdullayev bildirib ki, bu, artıq alternativ enerji mənbəyi deməkdir:

“Laçın şəhərində quraşdırılan günəş panelləri yalnız elektrik cərəyanı istehsalıdır. Bu da hər bir ev üçün mərkəzləşdirilmiş qaydada ayrıca qurulmuşdur. Bu panellər şəhərin daha çox günəş tutan evlərində quraşdırılıb. Düşünürük ki, gələcəkdə evlərin alternativ enerji kimi günəş enerjisi ilə təmin edilməsi üçün çox gözəl bir variantdır”. 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO