Ağcabədi sakinlərinin su problemi nə vaxt HƏLL OLUNACAQ? – RƏSMİ AÇIQLAMA 

Ağcabədi sakinlərinin su problemi nə vaxt HƏLL OLUNACAQ? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Ağcabədi sakinlərinin su problemi nə vaxt HƏLL OLUNACAQ? – RƏSMİ AÇIQLAMA 

149136

Ağcabədi sakinlərinin su problemi ilə bağlı şikayətini dərc etmişdik. Sakinlərin saytımıza şikayətinə görə iki aya yaxındır ki, Ağcabədi rayon Sarıcalı kəndində artezian quyusu işləmir. Hansı ki, sözügedən artezian quyusu 30 hektar sahəyə xidmət göstərir və növbəli şəkildə həmkəndlilərin təsrrüfatları suvarılır. Quyu işləmədiyindən vətəndaşlara məxsus əkin sahələri susuzluqdan məhv olub gedir. 

Kənd sakini Elsevər Şirinovun iddiasına görə susuzluq səbəbindən əkin sahəsinə 14 min manata qədər ziyan dəyib. 

Məsələ ilə bağlı Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəis müavini Kənan Köçəriyev Bizim.Media-ya açıqlama verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağcabədi sakinlərinin SU PROBLEMİ – “Artezian quyusu işləmir, əkinlərimiz yanır” – FOTO


O, bildirib ki, sözügedən 11-424 reper nömrəli subartezian quyusunun dərinlik nasosunda nasazlıq aşkar olunduğu üçün sökülərək idarənin təmir emalatxanasına gətirilib və təmir olunub:

“Lakin subartezian quyusunun elektrik transformatorunda nasazlıq olduğundan quraşdırılmayıb. Həmin transformatorun təmir olunması üçün Agcabədi Elektrik Şəbəkəsinə məlumat verilib.

Təmir olunduqdan sonra dərinlik nasosu quraşdırılaraq subartezian quyusu kənd sakinlərinin istifadəsinə veriləcək”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO