Heydər Əliyev prospektində YENİLİK - FOTO 

Heydər Əliyev prospektində YENİLİK - FOTO 

Hazırda oxunan: Heydər Əliyev prospektində YENİLİK - FOTO 

148302

Paytaxtın Heydər Əliyev prospektində Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində (Hava limanının qarşısı) P tipli istiqamətverici lövhələrin quraşdırılması davam edir. Lövhələrin quraşdırılması işləri bu axşam saat 22:00-dan səhər saat 05:00-dək aparılacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək. 

Sürücülərdən bu saatlarda həmin ərazidə yol-hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO