İsmayıllıda bazarda baş verən yanğın söndürüldü – YENİLƏNİB - FOTO/VİDEO

Hazırda oxunan: İsmayıllıda bazarda baş verən yanğın söndürüldü – YENİLƏNİB - FOTO/VİDEO

147890

İsmayıllı şəhərində baş verən yanğın söndürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, yanğın havanın küləkli olmasına baxmayaraq yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

*** 13:50

İsmayıllı bazarının yanında evlər və mağazalar yanır, alov genişlənir. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib. 

Bu gün saat 12:00 radələrində İsmayıllı şəhərinin Heydər Əliyev prospektində, bazarın yanında yerləşən bir evdə başlayan yanğın qısa vaxtda böyük ərazini əhatə edib.

Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. İndiyədək ərazidə 2 ev və 3 mağaza yanıb. Hazırda yanğın davam edir, getdikcə genişlənən alovun qarşısını almaq çətinləşib. Faktla bağlı araşdırma aparılır. 






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO