
- A-
- A
- A+
Cəmiyyət
17:57 / 21.07.2023
1 dəq oxunma
Naxçıvanda yararsız layihələndirilən məktəb binası SÖKÜLDÜ - FOTO
Hazırda oxunan: Naxçıvanda yararsız layihələndirilən məktəb binası SÖKÜLDÜ - FOTO
147371
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yerləşən Hacıvar kənd tam orta məktəbinin binası yeni inşa olunmasına baxmayaraq layihəsinin yararsız olması və inşaat işlərinin düzgün aparılmaması səbəbindən sökülüb.
Bizim.Media "nuhcixan.az"a istinadən xəbər verir ki, 252 yerlik binanın söküntü işləri artıq başa çatdırılıb.
Qərara uyğun olaraq, Hacıvar kənd tam orta məktəbinin binası yenidən inşa olunacaq.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ında göstərilən təhsil sahəsindəki yeni layihələrin icrası ilə əlaqədar olaraq əvvəlki illərdə inşa olunan və standartlara uyğun olmayan təhsil müəssisələrinin yenisi ilə əvəz olunmasına başlanılıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.




































































































