Xızıda dağlıq ərazidə yanğın olub - VİDEO

Xızıda dağlıq ərazidə yanğın olub - VİDEO

Hazırda oxunan: Xızıda dağlıq ərazidə yanğın olub - VİDEO
147034
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonunun Qarabulaq kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media FHN-in saytına istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xızı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, baş vermiş yanğının küləkli havanın təsiri ilə qısa müddətdə genişlənərək sıx meşəlik əraziyə keçmə riski yüksəkdir.



Relyefin mürəkkəbliyi səbəbindən əsasən əl üsulundan istifadə olunmaqla yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın genişlənməsinə, o cümlədən çoxillik palıd və digər ağaclardan ibarət sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO