Aygün Kazımovanın mahnısı ermənilər tərəfindən oğurlandı - VİDEO

Aygün Kazımovanın mahnısı ermənilər tərəfindən oğurlandı - VİDEO

Hazırda oxunan: Aygün Kazımovanın mahnısı ermənilər tərəfindən oğurlandı - VİDEO

146738

Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bəstələdiyi mahnının ermənilər tərəfindən oğurlanmasından danışıb. 

Bizim.Media xəbər verir ki, general-polkovnik Kəmaləddin Heydərov manset.az-a açıqlamasında mövzuya münasibət bildirib.

Onun sözlərinə görə, ermənilərin oğurladığı tək mahnı deyil:

“Hər şeyi oğurlayırlar. Bununla bağlı heç bir hüququ addım atmayacağam. Onlar kimdir ki, biz onlara baş qoşaq”.

Qeyd edək ki, Aygün Kazımovanın ifa etdiyi "Səndən nigaranam" mahnısı erməni müğənni Tiqran Asatryan tərəfindən oğurlanıb və "Andzrev" adı ilə Youtube kanalında yerləşdirilib. Mahnının sözləri Baba Vəziroğluya, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur.
Yeri gəlmişkən, 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, remiks versiyasını Türkiyədə keçirilən "The Best Model Of The World" dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO