Ən yüksək nəticə toplayan müəllimlərin adı açıqlandı

Ən yüksək nəticə toplayan müəllimlərin adı açıqlandı

Hazırda oxunan: Ən yüksək nəticə toplayan müəllimlərin adı açıqlandı
145869
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 11-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ən yüksək balı toplayan müəllimlərin adı açıqlanıb.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Bizim.Media-ya bildirilib ki, test imtahanı mərhələsində kimya fənni üzrə ən yüksək balı Vüsal Novruzov (100/93,75), Rəqsanə Həsənova (110/95) və Yaşar Qarayev Kimya (100/90,5) toplayıb.

Fiziki tərbiyə fənni üzrə ən yüksək balı Xəqani Şahverdiyev (100/86,25), Şövqi Ömərli (100/86.25), Sevinc Əlizadə (100/84,5) və Nuranə Əzizova (100/84,5), riyaziyyat fənni üzrə ən yüksək balı Süleyman Bağırov (100/88,75), Emin Əlizadə (100/85) və Aytac İbrahimli (100/85) toplayıb.

Qeyd edək ki, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 min 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5430 namizəd dəvət olunub.

Əlli səkkiz minə yaxın namizədin iştirak etdiyi test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO