Klassik avtomobillərin yürüşünə qeydiyyat BAŞLAYIR 

Klassik avtomobillərin yürüşünə qeydiyyat BAŞLAYIR 

Hazırda oxunan: Klassik avtomobillərin yürüşünə qeydiyyat BAŞLAYIR 
144814
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Klassik avtomobil həvəskarlarını gözəl hədiyyə gözləyir. Növbəti dəfə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyəcək.  

Bizim.Media xəbər verir ki, avqustun 26-da Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.  

Artıq ənənə halını almış yürüş bu il fərqli formatda təşkil olunacaq. Avqustun 26-da Heydər Əliyev Mərkəzindən start götürəcək klassik avtomobillər “Sea Breeze” istirahət mərkəzinədək yürüş edəcəklər.
“Sea Breeze” ərazisində isə avtomobillərin sərgisi və retro tərzdə konsert olacaq. Əyləncə proqramında viktorinalar keçiriləcək, müxtəlif nominasiyalarda hədiyyələr veriləcək. 

Tədbirin ikinci günü – avqustun 27-də klassik avtomobillərin sərgisi və əyləncə proqramı davam edəcək.  

Yürüşdə iştirak üçün 1983-cü ilədək istehsal olunan klassik avtomobillər 10 avqust 2023-cü il tarixinədək qeydiyyatdan keçə bilər. Avtomobillərin qeydiyyatı AAF-ın elektron ünvanı [email protected] və ya (+99450) 295 01 00 nömrəsinə müraciətlə aparılır. 

Klassik avtomobillərin yürüşünə qeydiyyat BAŞLAYIR  - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO