Zərdabda iki ailənin yaşadığı ev əşyaları ilə birgə KÜLƏ döndü - FOTO

Zərdabda iki ailənin yaşadığı ev əşyaları ilə birgə KÜLƏ döndü - FOTO

Hazırda oxunan: Zərdabda iki ailənin yaşadığı ev əşyaları ilə birgə KÜLƏ döndü - FOTO
144052
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zərdabda iki ailənin yaşadığı 5 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.Yanğın zamanı ev sahibinə ümumilikdə 100 min manatdan çox maddi ziyan dəyib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Məmmədqasımlı kənd sakini 1945-ci il təvəllüdlü Cavadov Hafis Hüseyn oğluna məxsus 350 kv metr 5 otaqdan ibarət kürsülü evdə qeydə alınıb.

Belə ki, ev yiyəsi Hafis Cavadov gecə saat 04:00 radələrində evdə yanğın səsinə oyanıb və həyat yoldaşı ilə birlikdə dərhal evi tərk edib. Ev yiyəsi qonşuları və qohumlarını yanğını söndürmək üçün köməyə çağırsa da, alovun şiddətindən evə yaxın düşmək olmayıb. Beləcə bütün ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. 
Hadisə yerinə FHN-nin Zərdab rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və qonşu evlərə keçməsinin qarşısı alınıb. Ev yiyəsinin sözlərinə görə, yanğın elektrik naqillərində yaranan qısa qapanmadan baş verib və ona ümumilikdə 100 min manatdan çox maddi ziyan dəyib.

Yanğın hadisəsi ilə bağlı Məmmədqasımlı kənd icra nümayəndəsi Mətləb Müzəffərov bildirib ki, rayon icra hakimiyyətinin tapşırığına əsasən komissiya təşkil olunub.

Komissiyanın rəyindən sonra məsələ ilə bağlı ətraflı məlumat veriləcək. Hazırda faktla bağlı araşdırma aparılır.

Zərdabda iki ailənin yaşadığı ev əşyaları ilə birgə KÜLƏ döndü - FOTO - foto 1
Zərdabda iki ailənin yaşadığı ev əşyaları ilə birgə KÜLƏ döndü - FOTO - foto 2
Zərdabda iki ailənin yaşadığı ev əşyaları ilə birgə KÜLƏ döndü - FOTO - foto 3
Zərdabda iki ailənin yaşadığı ev əşyaları ilə birgə KÜLƏ döndü - FOTO - foto 4
Zərdabda iki ailənin yaşadığı ev əşyaları ilə birgə KÜLƏ döndü - FOTO - foto 5
Zərdabda iki ailənin yaşadığı ev əşyaları ilə birgə KÜLƏ döndü - FOTO - foto 6
Zərdabda iki ailənin yaşadığı ev əşyaları ilə birgə KÜLƏ döndü - FOTO - foto 7
Zərdabda iki ailənin yaşadığı ev əşyaları ilə birgə KÜLƏ döndü - FOTO - foto 8

Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO