Muğanlı-İsmayıllı istiqamətində müvəqqəti xidməti yolda sürüşmələr olub

Muğanlı-İsmayıllı istiqamətində müvəqqəti xidməti yolda sürüşmələr olub

Hazırda oxunan: Muğanlı-İsmayıllı istiqamətində müvəqqəti xidməti yolda sürüşmələr olub

143842

Muğanlı-İsmayıllı istiqamətində tikinti ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmələr qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. 

Bildirilir ki, sözügedən hissələr üzrə avtonəqliyyat vasitələrinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə gecə saatlarında təmir işləri icra olunacaq. Bu səbəbdən Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. 

Qeyd olunan müddət ərzində sürücülərə alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolundan (Ağsu aşırımı) istifadə etmələri tövsiyə olunur. 

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO