
- A-
- A
- A+
Cəlilabadda yol qəzasında yaralananların sayı 5-ə ÇATDI - VİDEO
Cəlilabad rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların sayı 5-ə çatıb.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, xəsarət alanlar hamısı Cəlilabad rayon sakinləridir.
Bunlar 1971-ci il təvəllüdlü Elminaz Həmşəliyeva, 1987-ci il təvəllüdlü Ülviyyə Əsgərova, 1969-cu il təvəllüdlü Ağgül Nadirova, 2000-ci il təvəllüdlü Məlahət Nadirova və 1978-ci il təvəllüdlü Rasim Şəbiyevdir.
*** 11:28
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, hadisə rayonun Adnalı kəndi istiqamətində qeydə alınıb.
Qəza zamanı "Ford" markalı avtomobillə "VAZ" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































