Azərbaycanda professor vəfat etdi - FOTO

Azərbaycanda professor vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycanda professor vəfat etdi - FOTO
14363
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dillər Universitetinin (ADU) Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Gülnar Hüseynzadə vəfat edib.

Bizim.Media xəbər verir ki, professor bu gün 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Gülnar Hüseynzadə 13 may 1953-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O, 1960-1970-ci illərdə Bakı şəhərində 23 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İstitutunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili bölməsinə qəbul olub və 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Gülnar Hüseynzadə Azərbaycan Respublikası Təhsil nazirliyinin elmi-metodik şurasının Avropa dilləri və ədəbiyyat bölməsinin, Təhsil problemləri institutunun pedaqogika və psixologiya problemləri üzrə Elmi Şurasının, ADU-nun Elmi Şurasının, ADU-nun nəzdində doktorluq dissertasiyası Şurasının, ADU-nun nəşri olan “Elmi əsərlər”in idarə heyətinin üzvü olub.

Allah rəhmət eləsin!

Bizim.Media

Azərbaycanda professor vəfat etdi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO