
- A-
- A
- A+
Bakıda açıq ərazidə baş verən yanğın SÖNDÜRÜLÜB - YENİLƏNİB
Yasamal rayonu, Mətbuat prospekti yaxınlığında açıq ərazidə baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunmuşdu.
15.11
Bakıda açıq ərazi yanır.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































