Bir ailənin 4 üzvünü güllələyənin ömürlük həbsi tələb OLUNDU - FOTO 

Bir ailənin 4 üzvünü güllələyənin ömürlük həbsi tələb OLUNDU - FOTO 

Hazırda oxunan: Bir ailənin 4 üzvünü güllələyənin ömürlük həbsi tələb OLUNDU - FOTO 
142985
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beyləqanın Tatarlı kəndində bir ailənin 4 üzvünü öldürməkdə ittiham olunan Fuad Cəlilzadənin cinayət işi üzrə məhkəmə istintaqı bitib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. 

Prokuror Fuad Cəlilzadənin ittiham olunduğu maddələrlə təqsirli bilinməsini, ona qanunun icazə verdiyi ən ağır cəza təyin edilməsini tələb edib. 

Dövlət ittihamçısı Fuad Cəlilzadənin qalan ömrünü həbsxanada keçirməsini təklif edib. Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib.  

27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi. 

Məlumata görə, Fuadın atası Loğman Cəlilov 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi olaraq dava edirlərmiş. 
Hadisədən bir müddət sonra F.Cəlilzadənin atası L.Cəlilov özünü asaraq intihar edib.

Bir ailənin 4 üzvünü güllələyənin ömürlük həbsi tələb OLUNDU - FOTO  - foto 1
Bir ailənin 4 üzvünü güllələyənin ömürlük həbsi tələb OLUNDU - FOTO  - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO