Ermənistan təxribatı nəticəsində yaralanan hərbçimizin vəziyyəti AÇIQLANDI - FOTO 

Ermənistan təxribatı nəticəsində yaralanan hərbçimizin vəziyyəti AÇIQLANDI - FOTO 

Hazırda oxunan: Ermənistan təxribatı nəticəsində yaralanan hərbçimizin vəziyyəti AÇIQLANDI - FOTO 
141765
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 16-da Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına uyğun olaraq DSX rəisinin müavini general-leytenant Cavid Abdullayev Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Ermənistanın təxribatı nəticəsində yaralanan və hazırda müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilən hərbi qulluqçu Rüstəmov Elşən Raddin oğlunu ziyarət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə DSX məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər "Laçın" buraxılış məntəqəsini atəşə tutdu - Sərhədçimiz yaralandı


Məlumata görə, həkimlər bildirib ki, hazırda hərbi qulluqçunun vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur. 

Hərbi qulluqçu Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə və Kliniki Tibbi Mərkəzin tibb heyətinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Müalicə-bərpa müddəti başa çatdıqdan sonra xidmətə qayıdacağını və sərhədlərimizin mühafizəsini şərəflə yerinə yetirəcəyini ifadə edib. 

Ermənistan təxribatı nəticəsində yaralanan hərbçimizin vəziyyəti AÇIQLANDI - FOTO  - foto 1
Ermənistan təxribatı nəticəsində yaralanan hərbçimizin vəziyyəti AÇIQLANDI - FOTO  - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO