Taksi sürücülərinə ŞAD XƏBƏR: Bu qərar onlara şamil EDİLMƏYƏCƏK  

Taksi sürücülərinə ŞAD XƏBƏR: Bu qərar onlara şamil EDİLMƏYƏCƏK  

Hazırda oxunan: Taksi sürücülərinə ŞAD XƏBƏR: Bu qərar onlara şamil EDİLMƏYƏCƏK  
141249
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Taxoqraf cihazı şəhərdaxili taksilərə aid deyil”. 

Bizim.Media xəbər verir ki, bunu trend.az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib. 

O qeyd edib ki, taxoqraf, beynəlxalq sərnişin və yükdaşımalara aiddir. 

"Taksilərə ancaq taksometr aiddir. Əgər proqram təminatı varsa, taksometrə ehtiyac yoxdur”, - deyə o əlavə edib. 

Xatırladaq ki, ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ölkədaxili və beynəlxalq sərnişin və yük daşımaları ilə bağlı bir sıra qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb. 
"Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliyə əsasən, qanuna analoq taxoqraf anlayışı daxil edilir. Analoq taxoqraf avtonəqliyyat vasitəsinin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazıdır. 

Bir sıra sosial şəbəkələrdə taxoqraf cihazının taksilərə də quraşdırılacağı ilə bağlı məlumatlar yayılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO