Ukraynalı şagird və müəllimlər Azərbaycana gəldi - FOTO

Ukraynalı şagird və müəllimlər Azərbaycana gəldi - FOTO

Hazırda oxunan: Ukraynalı şagird və müəllimlər Azərbaycana gəldi - FOTO
140861
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbin müəllim və şagird heyətinin Azərbaycana səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırığı əsasında dövlətimizin təşkilatçılığı və maliyyəsi ilə həyata keçirilən səfərin məqsədi ukraynalı uşaqların sağlamlığının qorunması və istirahətinin təşkil edilməsidir.
 

MÖVZU İLƏ BAĞLI:

Oğuzun “Qarabağnamə” komandası ADA universitetinin layihəsində mükafat aldı - FOTO


Səfər çərçivəsində orta məktəbin şagirdləri Azərbaycanın mədəniyyəti və adət-ənənələri ilə daha yaxından tanış olacaqlar.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev İrpen şəhərində məktəbin Azərbaycana yola düşən müəllim və şagird heyətini yola salıb.

Səfərin təşkilinə görə təşəkkürünü bildirən məktəbin direktoru Valentina Antonenko deyib ki, müharibə zamanı məktəb ciddi ziyan görmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə SOCAR-ın Ukraynadakı nümayəndəliyi məktəbi tez bir zamanda əsaslı təmir etdirdi. Bu dəfə isə Azərbaycanın dövlət başçısının tapşırığı əsasında SOCAR-ın Ukraynadakı nümayəndəliyi məktəbin şagirdlərinin səfərini təşkil edir.

Ukraynalı şagird və müəllimlər Azərbaycana gəldi - FOTO - foto 1
Ukraynalı şagird və müəllimlər Azərbaycana gəldi - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO