Pirotexniki vasitələrlə sakinləri narahat edən şəxs SAXLANILDI - VİDEO

Pirotexniki vasitələrlə sakinləri narahat edən şəxs SAXLANILDI - VİDEO

Hazırda oxunan: Pirotexniki vasitələrlə sakinləri narahat edən şəxs SAXLANILDI - VİDEO
139953
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nərimanov rayonunda gecə saatlarında güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edən və ətrafda yaşayan sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, ötən gecə naməlum şəxs gecə saat 03 radələrində Nərimanov rayonunda binalardan birinin həyətində güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edərək ətrafda yaşayan sakinlərin haqlı narazılığına və çoxsaylı şikayətlərinə səbəb olub.

Həmin şəxsin etdiyi əməl inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gecə saatlarında pirotexniki vasitələrdən istifadə edən paytaxt sakini Həsən Hüseynli saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 5 gün müddətinə inzibati qaydada həbs edilib.
 



Pirotexniki vasitələrlə sakinləri narahat edən şəxs SAXLANILDI - VİDEO - foto 1
Pirotexniki vasitələrlə sakinləri narahat edən şəxs SAXLANILDI - VİDEO - foto 2
Pirotexniki vasitələrlə sakinləri narahat edən şəxs SAXLANILDI - VİDEO - foto 3
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO