Naxçıvanda məktəb binasının çökməsi ilə bağlı dövlət komitəsinin əməkdaşına ittiham elan edilib

Naxçıvanda məktəb binasının çökməsi ilə bağlı dövlət komitəsinin əməkdaşına ittiham elan edilib

Hazırda oxunan: Naxçıvanda məktəb binasının çökməsi ilə bağlı dövlət komitəsinin əməkdaşına ittiham elan edilib
139862
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvanda məktəb binasının çökməsi ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

Bu barədə Bizim.Media-ya Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, Babək rayonunun Nehrəm kənd 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri zamanı binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfər şəxsin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb. 

İbtidai istintaqla qeyd olunan hadisənin Naxçıvan Muxtar Respublikası Dövlət şəhərsalma və arxitektura komitəsinin Babək rayon İdarəsində iş icraçısı, 1963-cü il təvəllüdlü Bahadur Novruzovun texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib. 
Bahadur Novruzova Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO