Bakıda “2-ci Milli Kibertəhlükəsizlik Forumu”na start VERİLDİ - FOTO

Hazırda oxunan: Bakıda “2-ci Milli Kibertəhlükəsizlik Forumu”na start VERİLDİ - FOTO

138862

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “2-ci Milli Kibertəhlükəsizlik Forumu” keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və A2Z Technologies şirkətinin baş sponsorluğu ilə baş tutub.

Forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafında iştirak edən tərəfdaşlar və peşəkar mütəxəssislərlə birgə müzakirələrin həyata keçirilməsi olub.



Forumda əlaqəli dövlət qurumlarının, özəl şirkət və təşkilatların rəhbər və ekspertləri iştirak edib. 

350 nəfərdən çox mütəxəssisin iştirak etdiyi Forum çərçivəsində milli kibertəhlükəsizlik ekosistemi, Türk Dövlətləri Təşkilatı kontekstində kibertəhlükəsizlik, kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik həlləri və startaplar, kibertəhlükəsizlik sahəsində təhsil, insan resursları və maarifləndirmə mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə təqdimatlar göstərilib və maraqlı müzakirələr aparılıb.

Həmçinin, Forumda Türk Dövlətləri Təşkilatı kontekstində kibertəhlükəsizlik üzrə əməkdaşlıq məsələləri ayrıca paneldə müzakirə edilib.

Ölkəmizlə yanaşı Türkiyə, Qazaxıstan və Özbəkistanın kibertəhlükəsizlik sahəsi üzrə fəaliyyət göstərən məsul nümayəndələri tərəfindən adıçəkilən ölkələrdə görülən işlər və layihələr barədə məlumat verilib və mümkün gələcək əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparılıb.



Tərəflər kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsi və əməkdaşlıq platformasının yaradılması istiqamətində bir sıra təkliflər səsləndirib. 

Tədbirin iştirakçıları Forumun sərgi bölməsində müxtəlif yerli və xarici şirkətlərin məhsul və həlləri ilə tanış olub. Habelə, Forum zamanı interaktiv yarışma keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim olunub. 

Həmçinin, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına yeni üzv olan təşkilatlara və ekspertlərə müvafiq üzvlük sertifikatları təqdim edilib. 

Məlumat üçün bildirək ki, Forumun tərəfdaşları sırasında Huawei, Boston Consulting Group və CISCO şirkətləri, sponsorları sırasında CyberPoint, Caspian Tech, Pavo Group, Code Academy, Simbrella, AzeRobot, Digitalks Technologies, STV-Global SA, B&B Security Alliance, MONT və B2B Group şirkətləri yer alıb.



Qeyd edək ki, Forum Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən ənənəvi olaraq hər il təşkil olunur. Ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və potensialının artırılmasına dəstək vermək məqsədilə 2022-ci ildə təsis edilmiş Assosiasiya özündə ölkənin informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət və təşkilatlarını birləşdirir.

Səkinə Yusibli, Əfqan Pənahoğlu, Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO