“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı yekunlaşıb - FOTO 

“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı yekunlaşıb - FOTO 

Hazırda oxunan: “Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı yekunlaşıb - FOTO 
137602
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

22-23 may tarixlərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə təhsil işçiləri və media nümayəndələri üçün “Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda keçilən təlim proqramı yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb. 

İki gün davam edən təlim proqramı çərçivəsində “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi və İsveçrənin “Università Svizzera italiana (USI)” Universitetinin Media menecmenti, media iqtisadiyyatı və media və mədəniyyət sənayesi üzrə professoru Matthew Hibberd “Sosial media dünyasında təhsil”, “Rəqəmsal savadlılıq və Media Savadlılığı: əsas problemlər”, “Sosial texnologiya dünyasında jurnalistika” və digər mövzularla bağlı öz təcrübələrini bölüşüblər. 

Proqramın bağlanış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimin əhəmiyyətini qeyd edərək bildirib ki, media savadlılığı bacarıqlarının artırılmasının məqsədi məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, ölkə üzrə media savadlılığı göstəricilərinin yüksək səviyyəyə çatdırılmasını, eləcə də sağlam media mühitinin inkişafını və cəmiyyətdə məlumat təhlükəsizliyini təmin etməkdir. 
Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub. 

“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı yekunlaşıb - FOTO  - foto 1
“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı yekunlaşıb - FOTO  - foto 2
“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı yekunlaşıb - FOTO  - foto 3
“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı yekunlaşıb - FOTO  - foto 4
“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı yekunlaşıb - FOTO  - foto 5
“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı yekunlaşıb - FOTO  - foto 6
“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı yekunlaşıb - FOTO  - foto 7
“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı yekunlaşıb - FOTO  - foto 8
“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramı yekunlaşıb - FOTO  - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO