Baş Prokurorluq cərrahın qətli ilə bağlı MƏLUMAT YAYDI  

Baş Prokurorluq cərrahın qətli ilə bağlı MƏLUMAT YAYDI  

Hazırda oxunan: Baş Prokurorluq cərrahın qətli ilə bağlı MƏLUMAT YAYDI  
134934
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş Prokurorluq məşhur plastik cərrah Türkan Gündüzün qətli ilə bağlı məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda deyilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Bağ evində öldürülən qadın plastik-cərrah olub - FOTO


"Mayın 7-si Türkan Gündüzün öldürülməsinə dair Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə zərərçəkmişin əri, Türkiyə vətəndaşı Muhammet Gündüz saxlanılaraq həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. 

Təəssüflə bildiririk, media haqqında qanunun 14.1.8-ci maddəsinə əsasən, şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılması yolverilməz hesab edilməsinə baxmayaraq, bəzi media subyektləri və jurnalistlər tərəfindən qanunvericilyin tələbləri kobud şəkildə pozularaq zərərçəkmiş və təqsirləndirilənin şəxsi və ailə həyatına dair müxtəlif məzmunlu məlumatlar ictimailəşdirilib. 

Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız ibtidai istintaqı aparan orqan və ya məhkəmənin icazəsi ilə yayılmalı olduğu halda qeyd olunan tələblərə əməl edilməyib. 

Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olumuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO