Azərbaycanda cinsi istismara məruz qalan uşaqların SAYI

Azərbaycanda cinsi istismara məruz qalan uşaqların SAYI

Hazırda oxunan: Azərbaycanda cinsi istismara məruz qalan uşaqların SAYI
134852
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Keçən il müəyyən edilmiş 94 (-1) insan alveri qurbanından (93 qadın, 1 kişi) 93-ü Azərbaycan Respublikasının vətəndaşı, biri əcnəbi olub. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb. 

Qeyd edilib ki, əcnəbi insan alveri qurbanı - Nigeriya Federativ Respublikasının vətəndaşıdır. O, öz həmyerlisi tərəfindən Azərbaycanda istismar edilib. 

94 (-1) insan alveri qurbanından 82-i cinsi istismar məqsədilə Türkiyə Respublikasına, 1-i İran İslam Respublikasına aparılmış, 9-u ölkə daxilində cinsi istismara, 2-i isə məcburi əməyə məruz qalıb. 
Qurbanlardan 6-ı uşaq (hamısı qadın, cinsi istismar), 16-ı 18-25 və 41-i 25-35 yaş arası, 31-i 35-dən yuxarı yaş həddində olub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO