Şimal - Qərb bölgəsində HAVA: Dağlarda qar yağıb - FOTO 

Şimal - Qərb bölgəsində HAVA: Dağlarda qar yağıb - FOTO 

Hazırda oxunan: Şimal - Qərb bölgəsində HAVA: Dağlarda qar yağıb - FOTO 
133780
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şimal-Qərb bölgəsində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti Böyük Qafqazın ətəkləri boyu ərazilərdə qar yağması ilə nəticələnib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgə rayonlarında havanın temperaturu 20-22 dərəcədən 10-12 dərəcəyə kimi düşüb.  

Belə ki, iki gündür dağlarda müşahidə olunan duman səbəbindən qarı görmək mümkün olmasa da, artıq  iki saatdır ki, çəkilən duman sayəsində, dağların zirvəsində və ətəklərində xeyli qar müşahidə olunur.  
Şəki regional hava-məlumat bürosundan Bizim.Media-ya bildirilib ki, qarın yağması axşamlar da davam edə bilər. Gözlənilir ki, gecə saatlarında temperatur dağlıq ərazilərdə bir qədər də aşağı enəcək.  

Sakinlər isə belə halın son illər yaşanmadığını bildirir. Gecələr havanın soyuması isə ilk növbədə bostan-tərəvəz və meyvə ağaclarının məhsuldarlığına təsir edən başlıca amillərdəndir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO