Ucarda avtomobil mikroavtobusa çırpıldı – Xəsarət alanlar var - FOTO 

Ucarda avtomobil mikroavtobusa çırpıldı – Xəsarət alanlar var - FOTO 

Hazırda oxunan: Ucarda avtomobil mikroavtobusa çırpıldı – Xəsarət alanlar var - FOTO 
132587
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ucarda yol qəzası baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı-Tovuz xətti ilə sərnişin daşıyan Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Abduləzim oğlu Məmmədov idarə etdiyi "Mercedes Sprinter" markalı mikroavtobusu sərnişin götürmək məqsədi ilə yol kənarında saxlayıb. Arxadan gələn Mingəçevir şəhər sakini, 1986-ci il təvəllüdlü Cəmil Bayram oğlu Məmmədovun idarə etdiyi eyni markalı avtomobil mikroavtobusa çırpılıb.

Nəticədə Yevlax rayon sakini, 1980-ci il təvəllüdlü Rəşad Həmid oğlu Həmidov və Mingəçevir sakini, 1965-ci il təvəllüdlü Ramiz Şakir oğlu Mollakişiyev müxtəlif xəsarətlər alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. 

Ucarda avtomobil mikroavtobusa çırpıldı – Xəsarət alanlar var - FOTO  - foto 1
Ucarda avtomobil mikroavtobusa çırpıldı – Xəsarət alanlar var - FOTO  - foto 2


Ucarda avtomobil mikroavtobusa çırpıldı – Xəsarət alanlar var - FOTO  - foto 3

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO